Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


13.11.2019  16:18 

Gəncədə narkobaron saxlanılıb





A+  A-

Gəncədə narkobaron saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayon Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanılaraq “Lada Priora” markalı avtomobili ilə birlikdə Gəncə ŞBPİ-nə gətilib.

Şübhəli şəxsə və avtomobilə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman, avtomobilin salonundan göy rəngli sellofan torbanın içərisindən 33 ədəd kibrit qutuda qablaşdırılmış formada , ümumi çəkisi 295.5 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq S. Əliyevin Gəncə şəhərində kirayə yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə, ümumi çəkisi 1 kiloqram 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1563 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +