İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


17.11.2017  13:17 

“Bizə bir cavab deyən yoxdu” - Deputatdan etiraz





A+  A-

"Cümhuriyyətin yubileyinin keçirilməsinə 6 ay qalır. Bununla bağlı dövlət başçısının sərəncamı da var. Ancaq mən Gürcüstan və Ermənistan saytlarına baxıram. Onlar cəmiyyət olaraq bu yubileyə daha həssas münasibət göstərirlər”
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında səsləndirib. O deyib ki, tədbirlərin keçirilməsi üçün parlamentin də qərarı olmalıdır: “Bu cümhuriyyətin qurulmasınada iki böyük tarixi şəxsiyyətin rolu var. Biri Məhəmməd Əmin Rəsulzadədir. Digəri isə hərbi cəhətdən bizə kömək etmiş Nuru Paşadır. Mən deputat həmkarım Qüdrət Həsənquliyevlə birgə baş nazir Artir Rasi-Zadəyə bu iki şəxsin abidəsinin qurulması ilə bağlı müraciət etdik. Bizə bir cavab deyən yoxdur. Rəsulzadənin evi Novxanıda uşaq bağçası kimi istifadə edilir. Biz sonda tədbirlərin keçirildiyini deyəcəyik, amma yenə bu şəxsiyyətlərlə bağlı heç nə etmədiyimiz bəlli olacaq”.

Spiker Oqtay Əsədov bildirib ki, Cümhurriyyətin yubileyinin keçirilməsi ilə bağlı işlərə 1 il bundan qabaq başlanılıb. Vaxtı gələndə nəticəsini görəcəyik.

Xəbər 3871 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +