İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


18.09.2017  14:18 

“Laboratoriyalarda bu işlərin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur“ - Millət vəkili





A+  A-

İstər bakalavr, istər magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud ən azından, heç olmasa yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələlər müzakirə edilməlidir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, doktorantların elmi araşdırmalar aparması üçün büdcədən maliyyələşmənin aparılmaması müəyyən problemlər yaradır: "Dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlərimiz var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmalar aparması, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur.

Bu gün insan kapitalının inkişafı lazımdır. Əgər elmi araşdırmalar aparılmayacaqsa, elmi araşdırmalarla təhsil bir yerdə olmayacaqsa, bu gün bizim təhsil müəssisələrində hazırladığımız kadrlar praktikada fəaliyyətə başlayanda, artıq elmi nailiyyətlərinə sıfırdan başlayacaqlar. Bu gün Azərbaycan dövlətinin bir məqsədi var. Bu da yüksək texnologiyalar cəmiyyətini formalaşdırmaq və elm tutumlu sahələri inkişaf etdirməkdir.

Yüksək ixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir. Keyfiyyət üçün yaxşı vəsait qoyulmalıdır ki, keyfiyyət də əldə edək. Əlbəttə, Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi təxminən 5 milyon manatdır. Azərbaycanda güclü elmi laboratoriya yaratmaq istəyiriksə, bu məsələyə baxılmalıdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı - ya ali məktəblərdə ixtisaslaşma, differensilaşma getməlidir. Ya da qrant layihələri istiqamətində yeni qanun layihəsi üzərində düşünməliyik ki, bu layihələrlə konkret mexanizmlər işləyib hazırlaya bilək".

Xəbər 3469 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +