Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


01.07.2025  15:45 

Rusiya Azərbaycanın müstəqil xarici siyasətini qəbul etmək istəmir - Vahabov





A+  A-

Müxtəlif illərdə Ukrayna Daxili İşlər Nazirinin müşaviri, Ukrayna Daxili İşlər Nazirliyinin İslahatlar Ofisinin rəhbəri (2021-2022), Ukrayna Müdafiə Nazirliyində, “Ukroboronprom” Dövlət Konsernində, Azərbaycanın Xarici İşlər, Daxili İşlər və İqtisadiyyat nazirliklərində vəzifələr tutmuş, həmçinin 2005-2006-cı illərdə Fransada İnterpol Baş Katibliyinin antiterror layihəsinin koordinatoru olmuş Tamərlan Vahabov Minval.az-a verdiyi müsahibədə Rusiyanın Azərbaycanlılara qarşı RF ərazisindəki aqressiyasının əsas səbəblərini açıqlayıb.

“Bunların hamısı daha çox Azərbaycanın Cənubi Qafqaz regionunda apardığı müstəqil xarici siyasətlə bağlıdır. Azərbaycan faktiki olaraq regionun liderinə çevrilib. Burada xüsusi əhəmiyyət kəsb edən bir məqam da var - Azərbaycan Silahlı Qüvvələrinin Xankəndidə uğurla həyata keçirdiyi antiterror əməliyyatı və Qarabağda erməni separatçı rejiminin ləğvidir", - deyə Vahabov bildirib.

Onun fikrincə, yaranmış reallıq Rusiyanın Qarabağ münaqişəsinin həlli ətrafında “öz təsirini və iştirakını tamamilə itirdiyini” göstərir, çünki bu münaqişə, Moldovada, Gürcüstanda olanlar və Ukraynadakı müharibə kimi, Rusiyanın yaxın xarici ölkələri müstəqil siyasətdən və Avro-Atlantik strukturları ilə potensial inteqrasiyadan uzaq tutmaq üçün istifadə etdiyi xarici siyasət alətləridir.

“Burada məsələnin kökü məhz bundadır - Azərbaycanın müstəqil siyasətində və Bakının İrəvanla sülh müqaviləsinin imzalanmasına hazırlıq prosesində yaxınlaşmasında, Zəngəzur dəhlizinin açılmasındadır. Bundan əlavə, bütün nəqliyyat kommunikasiyalarının açılması, tərəflər arasında əməkdaşlığın qurulması, eləcə də Türkiyənin regionda aktiv iştirakı ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində türk birliyinin möhkəmlənməsi, bu, təkcə Türkiyə deyil, həm də Böyük Turan, TDT və NATO bloku deməkdir. Həmçinin təcrübənin ötürülməsi, islahatlar, Rusiya modelindən - hərbi qüvvələrin qurulması, iqtisadi model və inteqrasiya proseslərindən uzaqlaşma yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiya regionunda da davam edir”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, Rusiya özünə mövcud olan təzyiq alətlərindən istifadə edir, “bunlar isə RF ərazisində böyük sayda təmsil olunan icmalara qarşı etnik əsasda təqiblərdir”.

“Mövcud məlumatlara görə, təqiblər təkcə Azərbaycanlılara qarşı olmayacaq, RF ərazisində yaşayan digər milli azlıqlara da şamil ediləcək”, - o əlavə edib.

“Əlbəttə, Rusiya tərəfi bütün bu hadisələrdə Azərbaycanın Ukraynaya kömək etdiyi faktına diqqət yetirir, bunu Bakı heç vaxt gizlətməyib. Azərbaycan tərəfi Ukraynaya humanitar yardım göstərir, o cümlədən Azərbaycanda uşaqların reabilitasiyasını təşkil edir, yanacaq, elektrokabel və daha bir çox şeylə kömək edir. Bundan əlavə, siyasi səviyyədə Bakı ilk gündən bəri və bu gün də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, buna görə mən şəxsən, Azərbaycan və ukraynalı keçmiş dövlət məmuru kimi, Azərbaycana və prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”, - Vahabov yekunlaşdırıb

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycanlılara qarşı qeyri-insani və qanunsuz təzyiqi baş vermişdi. Hüquq-mühafizə orqanlarının reyd zamanı vurduğu zərbələr nəticəsində iki nəfər dünyasını dəyişib, xəsarət alanlar var.

Yekaterinburq hadisəsindən qısa müddət sonra Voronej şəhərində Rusiya miqrasiya qanunvericiliyinə riayət olunmasını yoxlamaq bəhanəsi ilə keçirilən reydlər zamanı saxlanmalar barədə məlumat yayılıb.

Xəbər 444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +