Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


25.12.2017  14:05 

Cəlilabadlı xanımların müraciət: “Azərbaycan çiçəklənir, biz qaza həsrətik”





A+  A-

Cəlilabad şəhər M.Hüseyn küçəsində yaşayan 30-dək qadın sakin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevə müraciət ünvanlayıblar.
XəzərNews.az bildirir ki, Azadinform-a daxil olan müraciətdə 15 ildir qazsız qalan sakinlərin problemlərindən söhbət açılır.

Bakı-Astara yolundan 200 metr məsafədə yerləşən və 40-dək ailənin yaşadığı küçəyə illərdir qaz verilməməsi artıq ailə üzvləri olan qadınları müraciət etməyə məcbur edib: “Azərbaycanın çiçəkləndiyi bir dövrdə qaza həsrətik və 15 ildir gözləyirik. Həyat yoldaşlarımız (ərlərimiz) sizə 2012-ci ildən qaz çəkilişi ilə bağlı dəfələrlə məktub ünvanlayıblar. Hər dəfə də cavab gəlib ki, sizə qaz çəkilişi məsələn, 2014-cü ilə, 2015-ci ildə, 2016-cı ildə, 2017-ci ildə nəzərdə tutulub. Artıq 2017-ci ilin son həftəsini yaşayırıq. İndi də deyirlər ki, qaz çəkilişini öz hesabınıza çəkdirməlisiniz”.

“Azəriqaz” rəhbərliyinə müraciət edən xanım sakinlər qaz çəkilişini öz hesablarına çəkdirmək gücündə olmadıqlarını, buna maddi imkanlarının çatmadığını vurğulayıblar.

Məsələ ilə bağlı açıqlama verən “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, Cəlilabad şəhəri təbii qazla təmin edilib: “Buna baxmayaraq, əhali sayı artır, yeni yaşayış massivləri salınır. M.Hüseyn küçəsindəki qazlaşdırılmamış fərdi yaşayış evlərinin qazla təmin olunması üçün “Azəriqaz”a maddi vəsait ayrılmayıb. Qeyd olunan fərdi evlərin öz vəsaitləri hesabına qazlaşdırılması üçün sakinlər “ASAN xidmət” mərkəzinə müraciət edə və qazlaşdırma qaydaları ilə bağlı məlumatlarla tanış ola bilərlər”.

İ.Kərbəlayev əlavə edib ki, fərdi yaşayış evlərinin qazlaşdırılması üçün G-4 markalı məişət qaz sayğacı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənişsiz olaraq təmin olunur: “Amma qaz xətlərinin çəkilməsi, sənədlərin hazırlanması və bu kimi digər proseslər vətəndaşların öz vəsaitləri hesabına aparılır. Bütün bunlardan sonra hazır olan müvafiq sənədlər “Azəriqaz”a təqdim edilir və onların əsasında fərdi yaşayış evləri ödənişsiz sayğaclarla təmin olunur. Çəkilmiş qaz xətləri sınaq olaraq istismara qəbul edilir və təbii qazın verilməsi həyata keçirilir”.



Xəbər 3406 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +