Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


10.04.2017  13:14 

“Azərbaycan dövləti vətəndaşlar üçün bütün imkanları yaradıb”





A+  A-

“Dünyada olan qlobal problemlər hər kəsi narahat edir. Biz bu problemlərin həllinə birgə çalışmalıyıq. Buna baxmayaraq, Azərbaycanda sabit şərait var. Dövlət vətəndaşlar üçün bütün imkanları yaradıb. Dünyanın heç də hər yerində insanlar təhsil ala bilmirlər. Elə ölkələr var ki, orada insan heç normal qidalana da bilmirlər”.
XəzərNews.az-ın xəbərinə görə, bunu baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov 132-134 saylı məktəb kompleksində dayanıqlı inkişafla bağlı keçirilən açıq dərs zamanı deyib.
O bildirib ki, dünyada qanlı toqquşmalar davam edir: “Bir neçə gün öncə, Suriyada xeyli uşaq həyatını itirdi. Dünyada bir çox ölkələr inkişaf edir, insanların həyat şəraiti yaxşıdır. Elə ölkələr də var ki, orada vəziyyət acınacaqlıdır”.
Onun sözlərinə görə, Azərbaycan dövlət səviyyəsində qlobal problemlərin həllinə dəstək verir: “Yaxşı təhsil, savad ölkənin inkişafına zəmin yaradır. Ölkəmizdə nə qədər savadlı insan olarsa, inkişaf bir o qədər sürətli olar. Bir insanın xoşbəxtliyi odur ki, o, həm də qarşıdakını xoşbəxt görür. Biz istəyirik ki, dünyanın hər yerində inkişaf olsun, sabitlik olsun, aclıq, toqquşmalar olmasın”.
Ə.Əhmədov qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələri təhsilə üstünlük verirlər: “O yer də ki səfalət, toqquşmalar var, orada təhsil yoxdur. Azərbaycan cəmiyyəti dünyanın problemlərinə həssas yanaşır. Dünyanın hər yerində ədalət bərqərar olmalıdır”.
Baş nazirin müavini Dağlıq Qarabağ probleminə toxunub: “Əgər biz Afrikada və digər ərazilərdə ədalətin bərpa olunmasını istəyiriksə, özümüzə də ədalət tələb edirik. Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal olunub, bu məsələnin həllində dünya birliyinin ədalətli olmasını istəyirik”.

Xəbər 1273 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +