Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


18.08.2023  10:14 

COVID-19 yenidən qayıdır?





A+  A-

İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan isə dünyasını dəyişib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Məlumata görə, əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63 faiz artıb, ölənlərin sayı isə 56 faiz azalıb.

Təşkilat bu ilin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19-un əsas təhlükə olaraq qaldığını qeyd edib.

Bununla əlaqədar olaraq təşkilat ölkələri erkən xəbərdarlıq, müşahidə və hesabat verməyə, koronavirus variantlarını izləməyə, erkən kliniki yardım göstərməyə, yüksək riskli qruplarda gücləndirici peyvəndi təmin etməyə çağırıb.

ÜST diqqəti koronavirusun omikron ştammının EG.5 variantının yayılmasının artmasına yönəldib.

Son məlumata görə, bu virus 50 ölkədə tapılıb.

Xəbər 3951 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +