Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


24.08.2021  17:48 

Azərbaycanla Türkiyə oksigen tədarükündə Gürcüstana kömək edir





A+  A-

“Azərbaycan və Türkiyə Gürcüstandakı xəstəxanalara oksigen tədarük edilməsində fəal şəkildə kömək edirlər”.
XəzərNews.az xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bu gün keçirilən brifinqdə deyib. Həmçinin qeyd olunur ki, ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi Gürcüstanda oksigen tədarükü prosesinin fasiləsiz olaraq işləməsi üçün müxtəlif ölkələrlə fəal şəkildə çalışır.

Hazırda Gürcüstan xəstəxanalarında 7,4 min pasiyent müalicə alır ki, onların da 70%-nin müalicəsi oksigendən asılıdır.

Qeyd edək ki, Gürcüstan hazırda koronavirus infeksiyasının yayılmasının dördüncü dalğasını yaşayır. Pandemiya başlayandan bu günə qədər qonşu ölkədə 523 mindən çox yoluxma halı qeydə alınıb və 6891 nəfər dünyasını dəyişib.

Xəbər 3110 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +