Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


28.01.2021  15:39 

Peskovdan Navalnının həbsi ilə bağlı daha bir açıqlama





A+  A-

Kreml Rusiyada bəzi müxalifçilərin həbs olunmasını müdafiə edib.
XəzərNews.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov saxlanılan Aleksey Navalnının sərbəst buraxılması üçün keçən həftə ölkədə keçirilən etiraz nümayişlərindən sonra müxalif insanların tutulmasının qanunauyğun şəkildə olduğunu qeyd edib.

Rusiyadakı nümayişlərdən əvvəl narahatlıqlarını dilə gətirdiklərini qeyd edən Peskov “Rusiyanın qanunları dəfələrlə pozulub. Hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir. Kremlin düşündüyü deyil, polisin qanunu qorumaq üçün lazım hesab etdiyi hərəkətlər vacibdir”,- deyə bildirib.

Xatırladaq ki, yanvarın 28-də Rusiya polisi həbsdə olan rəqibi Aleksey Navalnının paytaxt Moskvadakı mənzillərində və Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici casus” siyahısına daxil edilən Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində axtarışlar aparıb.

Navalnının qardaşı Oleq Navalnı, vəkili Lubov Sobol və şəxsi həkimi Anastasiya Vasilyeva polis tərəfindən nəzarətə alınıb.

Xəbər 3505 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +