Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


10.09.2020  12:49 

Deputat böyük məbləğdə cərimələnib





A+  A-

Deputat Rüfət Quliyev Milli Məclisin komitə iclasında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini sərt tənqid edib.
XəzərNews.az xəbər verir ki, R. Quliyev qeyd edib ki, agentliyin işçilərinin hərəsinin əlində bir fotoaparat var: “Elə dayanmadan “çakkaçak” çəkirlər. Şəkil çəkirlər və qaçırlar. Əgər vətəndaş səhv edirsə, bunu izah eləməlisən. Ağ şəhərdə dünən sürücülər 14 dəqiqə gözlədilər ki, maşını harada saxlasınlar. Sürücülərə su almaq üçün heç 30 saniyə də vaxt vermirlər.

20 manatdan da nə qədər də cərimə yazılır. Günə 100 min, ayda 3 milyon pul edir. Bu əməlli-başlı biznesdir ki? Bəs bu vəsaitin hesab-kitabı hardadır? Mən təklif edirəm ki, həmin agentlikdən hansısa 8- ci dərəcəli yox, əsas şəxslər gəlib bizə məlumat versin. Daha qurbanlıq gedən adamları bura göndərməsinlər”.

Deputat həmçinin çıxışında öz avtomobilinin cərimə edilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu barədə sürücüsündən soruşub: “ Ondan soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə”.

Xəbər 2821 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +