Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir
Ukrayna Rusiyanın Lipetsk vilayətinə hücum edib
Sadır Japarov Azərbyacana yola düşüb
Əliyev və Paşinyanın Dubayda görüşü planlaşdırılır?
Emin Ağalarov Rusiyada konsertini təxirə salıb
Bu restoranlar cərimələnib


02.08.2020  12:19 

Ronaldu “Yuventus“da ikinci mövsümə yekun vurdu





A+  A-

Turin "Yuventus"unun 35 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu komandanın heyətində İtaliya çempionatında ikinci mövsümün tamamlanmasından sonra sosial şəbəkələrdə fikirlərini bölüşüb.
XəzərNews.az xəbər verir ki, hücumçu çempionluq uğrunda növbəti mübarizəni davam etdirməyin zəruriliyini vurğulayıb.

"Yuventus"la A Seriyasının doqquz titulundan son ikisini udmağa xoşbəxtəm! Bu, kiməsə asan görünəcək, amma belə deyil! İlbəil istedadla, sədaqətlə və çalışqan işlə siz öz hədəflərinə nail ola və əvvəlkindən daha yaxşı ola biləcəksiniz! Üçüncü çempionluq uğrunda irəli!", - deyə Ronaldu "İtaliya Çempionları" və "31 qol" həştəqi ilə özünün "Instagram"dakı hesabında yazıb.

Xatırladaq ki, A Seriyası mövsümünün nəticəsinə görə "Yuventus" İtaliya çempionu olub. Bu, ardıcıl (2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020) doqquzuncu qələbədir. 35 yaşlı Kriştianu Ronaldu üçün bu, A Seriyasının ardıcıl ikinci, "Yuventus"un heyətində isə üçüncü ardıcıl nailiyyətdir. çünki 2018-ci ildə o həmçinin İtaliya Super Kubokunun qalibi olub.

Ronaldu "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümünün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.

Xəbər 3835 dəfə oxunub.




03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +