Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


22.10.2019  15:43 

“Spikerin yanında nüfuzunu artırmaq üçün belə fədakarlıq edib”





A+  A-

Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında vitse-spiker Ziyafət Əsgərovun onun barəsindəki çıxışına münasibət bildirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, F.Mustafa qeyd edib ki, Ziyafət Əsgərov Milli Məclisin iclasında ona yönəlik bir atmaca ilə gündəmə gəlib: “İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda, belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən sadəcə bir elmlər doktorunun, Anayasa professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmağımızı selfi çəkdirmək kimi dəyərləndirməsidir. Görünür, hörmətli professor Anayasanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı salınır”.

Qeyd edək ki, Z.Əsgərov bu gün çıxışında deyib ki, bütün millət vəkillərinin çıxışları, səsləri burada yazılır: “Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu, sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır”.

Fazil Musfata isə mətbuata müsahibəsində deyib ki, Milli Məclis rəhbərliyi onlara çıxışlarını sosial şəbəkələrdə yaymağa qadağa qoyub.

Xəbər 3399 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +