Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


27.05.2019  17:54 

Azərbaycana gələn əcnəbilərin sayı artıb





A+  A-

Aprel ayında Yaxın Şərq regionundan gələn əcnəbilərin sayında 12% artım olub.
Turizm Agentliyindən XəzərNews.az-a daxil olan məlumata görə, cari ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.

Ən böyük artım 22% olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub. BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3%) və İsraildən (70.1%) gələn qonaqların sayının artması ilə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da 12% artım baş verib.

Cənubi Asiyadan Hindistan, Orta Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4%) və Orta Asiyadan (44.2%) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır. Türkiyədən gələn səyahətçilər üçün 10% artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib. Yekun olaraq 2019-cu ilin ilk dörd ayının nəticələrinə görə Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumən 848 min xarici vətəndaş ziyarət edib.



Xəbər 2739 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +