Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


28.12.2018  11:54 

Beyləqanda acınacaqlı vəziyyət - İcra başçısı Heydər Əliyev parkını hissə-hissə satır





A+  A-

“Beyləqan şəhərində Ulu Öndər Heydər Əliyev adına olan park hissə-hissə satılır. İllərdən bəri əkilmiş nadir ağaclar Beyləqan vətəndaşlarının gözü qarşısında məhv edilir”, - XəzərNews.az bildirir ki, virtualaz.org-un redaksiyasına Beyləqan sakinləri adından daxil olmuş məktubda belə deyilir.
Məktub müəlliflərinin sözlərinə görə, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 21 may 2001-ci il tarixli 18 nömrəli sərəncamına əsasən, sonradan Heydər Əliyevin adı verilmiş “Mədəniyyət və istirahət parkı”nın ərazisi ölçülərək müəyyən edilib ki, onun əhatə etdiyi sahə 4,21 hektardır.




Bildirilir ki, hazırda həmin park cəmi 2 hektar ərazini təşkil edir. Heydər Əliyev parkının ərazisi Azərbaycan Respublikası Əmlak Münasibətləri Dövlət Komitəsinin 6 saylı ərazi şöbəsinin rəisi Aydın Ramazanov tərəfindən heç bir tikili olmadığı halda 30 bina sahəsi göstərərək 3440 kvadrat metr park ərazisi Abdullayev Vahid Cəmil oğlunun adına qeyri-qanuni olaraq özəlləşdirilib. Bundan başqa, qeyd edilən parkın ərazisindən Vahid Abdullayevin oğlu Asəf Abdullayevin adına 0,24 ha torpaq sahəsi verilib.



Məktub müəllifləri iddia edirlər ki, parkın ərazisində 20-30 il bundan əvvəl əkilmiş yüzlərlə nadir ağaclar məhv etməklə obyektlər tikilib.




Beyləqan sakinləri yazırlar ki, Heydər Əliyev adına olan parkın ərazisinin mənimsənilməsi ilə əlaqədar şikayətləri dinlənilmir, çoxsaylı məktub və müraciətlərə heç kim cavab vermir. Məhz bu səbəbdən onlar redaksiyamıza üz tutublar.







Xəbər 3010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +