Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


06.11.2018  10:46 

Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı





A+  A-

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında fəaliyyəti müvəqqəti dayandırılan iki vəkildən birinin kimliyi bəlli olub.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, onlardan biri vəkil Aqil Layıcovdur. A.Layıcov hazırda həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyevin hüquqlarını müdafiə edir.

Kollegiyanın yanvarın 22-də keçirilən iclasında A.Layıcova töhmət verilmişdi. Həmin iclasda C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik dayandırılmışdı. Bu dəfə isə A.Layıcovun fəaliyyəti 6 aylıq dayandırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmədə təqsirləndirilən və 15 il müddətinə azadlıqdan məhrum edilən Cahangir Hacıyevlə bağlı yeni cinayət işi başlanılıb. Hazırda istintaq tamamlanlb və C.Hacıyev materiallarla tanış olur. Yaxın vaxtlarda işin məhkəməyə göndəriləcəyi gözlənilir.

C.Hacıyev bu dəfə bankın Moskva filialındakı yeyintilərə görə ittiham olunur.

Xəbər 3586 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +