İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi


10.08.2018  16:02 

Cəlilabadda şirniyyatın içindən ülgüc çıxdı - FOTO - VİDEO





A+  A-

18 yaşlı qız ölümdən döndü. Şirniyyat yeyib ağzını şirin etmək istəyərkən, az qala həyata vida edəcəkdi.
XəzərNews.az xəbər verir ki, haqqında danışacağımız hadisə Cəlilabadın Uzuntəpə kəndində yaşayan Cənnətovlar ailəsində baş verib. Belə ki, kənd sakini 18 yaşlı Əfsanə Cənnətovanın anası dükanların birindən 1 kq vafli (şirniyyat) alıb, amma bu şirniyyat onlara acı anlar yaşadıb. Ailə üzvləri bu təamı dadarkən Əfsanə qəflətən öskürüb və yediyi şirniyyatı qusaraq qaytarıb. Gənc qız boğazında nə isə qaldığını bildirib. Elə məsələnin mahiyyəti də bundan sonra anlaşılıb. Anası Əfsanənin əlində olan vaflinin hələ qəbul etmədiyi hissəsinə baxarkən məlum olub ki, onun içərisində ülgüc parçası var. Kəsici əşyanın qırıqları isə vaflinin məhz Əfsanənin udmaq istədiyi hissəsində olub. Bundan narahat olan valideynlər övladlarını təcili olaraq xəstəxanaya çatdırmağa çalışıb. Xəstəxanaya gedərkən Əfsanə yolda qusub və ülgücün onun boğazında qalmış hissəsi yerə düşüb.

Qeyd edək ki, həkimlərin müayinəsi zamanı ülgücün qızın qida borusunu zədələdiyi müəyyən olub. Hazırda Əfsanə Cənnətovanın qida borusunda yara olduğu üçün qidalanmaqda çətinlik çəkir. Hətta valideynləri deyir ki, bu gün pomidor yemək istəyərkən onun ağzından qan gəlib.






Xəbər 3610 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +