“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


23.07.2018  10:03 

Magistraturanın boş qalan yerlərinə qəbul elan ediləcək





A+  A-

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul elan ediləcək.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Lent.az-a Dövlət İmtahan mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, boş qalan yerlərə qəbul 7-13 avqust tarixlərində aparılacaq.

Qeyd edək ki, ali məktəblərin magistraturalarına ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2257 nəfəri dövlət sifarişi, 4131 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 4101 nəfəri ali təhsil müəssisələrinin cari, 2287 nəfəri isə əvvəlki illərin məzunudur.

Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 2 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Xəbər 2891 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +