Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


01.04.2018  12:05 

Azərbaycanda ana doğuşdan 3 gün sonra öldü - Cinayət işi açıldı





A+  A-

Şəki Regional Perinatal Mərkəzində ölüm hadisəsi baş verib.
XəzərNews.az xəbər verir ki, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı 28 mart 2018-ci il tarixdə Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib.

Lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.

Məlumata görə, bu, T.Məmmədovanın 5-ci hamiləliyi və 2-ci doğuşu olub.

Hadisə ilə bağlı baku.ws yazıb ki, mərkəzin direktoru Azad Novruzov Məcidinski və baş həkim Saniyə Bəyməmmədova tərəfindən keçirilən məliyyatdan 2 saat sonra xəstədə qanaxma baş verib. Belə ki, əməliyyat zamanı xəstənin aorta damarının zədələndiyi bildirilib. Xəstə yaxınlarının məlumatına görə, pasiyentin qanaxması dayanmadığına görə yenidən əməliyyata alınıb. Bakıdan həkim briqadası gəldikdən sonra xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bunun bir faydası olmayıb. Yaxınları xəstənin həkim səhləkarlığı ucbatından dünyasını dəyişdiyini iddia edirlər.

Faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Xəbər 3150 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +