Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


06.10.2017  15:12 

Oğurluq maşınla 2 nəfəri və 4 maşını vurdu - Bakıda olay





A+  A-

Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobil Mərdanov qardaşları küçəsindən qaçırılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib və onu idarə edən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Alməmmədov olması məlum olub. Sükan arxasındakı bu şəxsin sərxoş olduğu Tibbi Müayinə Mərkəzi tərəfindən təsdiqlənib.

Həyata keçirilən tədbirlərlə o da müəyyən edilib ki, V.Alməmmədov həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış “KİA”, “Mercedes”, “Opel” və “Dacia” markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən S.Rəhmanova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Təhməzovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər 3098 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +