Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


06.10.2017  13:57 

Qalib Salahzadə Çingiz Qənizadə haqqında dediklərinə AYDINLIQ GƏTİRDİ





A+  A-

“Mən mətbuat vasitəsilə deputat Çingiz Qənizadəyə demişəm ki, onun keçmişi qaranlıqdır. Mən bu sözü Çingiz Qənizadə o vaxt bir neçə partiyaya üzv olduğuna görə demişəm. Mən bunu nəzərdə tutub danışmışam”.
XəzərNews.az bildirir ki, bu sözləri Modern.az-a a açıqlamasında şeyxin qudası, eks-deputat Qalib Salahzadə deyib.

Q.Salahzadənin sözlərinə görə, deputat Çingiz Qənizadənin Bakı şəhərinin prokuroru olduğu dövrdə onun qohumlarını həbs etdirməsini seçiciləri bilsəydi, səs verməzdilər.
“Yenə də deyirəm ki, “keçmişi qaranlıqdır” sözünü ona görə işlətmişəm ki, Çingiz Qənizadə müxtəlif partiyaların üzvü olub. Başqa heç nəyi nəzərdə tutub deməmişəm”.

Qeyd edək ki, tərəflər arasındakı "söz davası" məhkəməyədək uzanıb. Bu gün Sabunçu Rayon Məhkəməsində millət vəkili Çingiz Qənizadənin sabiq deputat, şeyxülislam hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə olmalıydı. Lakin proses təxirə salınıb.

Məhkəmə işinə sədrlik edən hakim Ziya Şirinov bunu Qalib Salahzadənin prosesə gəlməməsiylə əlaqələndirib.
Proses oktyabrın 12-nə təyin olunub.

Xəbər 3319 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +