Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


06.05.2017  12:08 

Əli Həsənov BMT-ni tənqid etdi





A+  A-

“BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bir qrupu “insanların hüquqlarını qorumaq üçün rejimi qorumaq lazımdır” deyir. İnsanların hüquqlarını qorumaq istədilər, lakin bu dəfə də onları vətənlərindən etdilər”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O qeyd edib ki, BMT Sivilizasiyalar Alyansının rolu haqda danışsaq, əlbəttə, 3-cü dünya müharibəsinin olmamasına görə bu quruma təşəkkür etməliyik: “Bildiyiniz kimi, dialoq kateqoriyasına görə, konkret insanlar arasında, cəmiyyətlər və insanların yaratdıqları siyasi institutlar- dövlətlər arasında olur. BMT 1945-ci ildə ilk dəfə yarananda sadəcə dövlətləri təmsil edirdi. Lakin indi tək dövlətləri deyil, insanlar, cəmiyyətlər, xalqlar arasındakı münasibətləri də tənzimləyir. Dialoq, yoxsa beynəlxalq hüquq hansının daha üstün olmasına gəlincə, BMT-yə qoşulan hər bir ölkə müəyyən öhdəliklər götürür. Suriyada baş verən münaqişədə əsas tərəf olan BMT Təhlükəsizlik Şurası niyə buna son qoya bilmir? Çünki bir qrup insanların hüquqlarını qorumaq üçün siyasi hakimiyyətin dəyişməsinin tərəfdarıdır.

BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bir qrupu isə “insanların hüquqlarını qorumaq üçün rejimi qorumaq lazımdır” deyir. İnsanların hüquqlarını qorumaq istədilər, lakin bu dəfə də onları vətənlərindən etdilər. BMT-nin Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 4 qətnaməsi var. Lakin Ermənistanı Təhlükəsizlik Şurasında dəstəkləyən ölkələr də var. Hesab edirəm ki, BMT həm qanunun aliliyini qorumalı, həm də xalqlar arasında dialoqu inkişaf etdirməlidir”.

Xəbər 4476 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +