Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


21.02.2017  14:37 

“Mehribanın həyatında yeni dövr başlayır” - Prezident





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sədrliyi ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.Təhlükəsizlik Şurasının iclası keçirilib və iclasda birinci vitse – prezident Şura üzvlərinə təqdim olunub.
XəzərNews.az prezident İlham Əliyevin TŞ-da çıxışını təqdim edir:

"Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi, mədəni heyatimizda mühüm və fəal rol oynayır. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. YAP aparıcı siyasi qüvvə kimi Cənubi Qafqazın ən böyük partiyasıdır.

Mehriban Əliyeva 2005-ci ildən bəri Mili Məclisin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, seçiciləri ilə daim təmasdadır. Deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həllli ilə bağlıdır. Deputat kimi fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.

Mehriban Əliyeva 2004-cü ildən indiyə kimi Heydər Əliyev Fondunun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib. Çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib.

Fondun təşəbbüsü ilə bir sıra önəmli layihələrə imza atılıb. Mehriban Əliyevanın beynəlxalq aləmdə çox böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində. UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. İkinci elə bir şəxsiyyət yoxdur ki, iki belə mötəbər təşkilatın üzvü olsun. Fondun dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib. Bəzi hallarda bu kimi məsələlər ictimaiyyət üçün açıqlanmır.

Bu çoxşaxəli uğurlu fəaliyyəti mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb.

Qeyd etməliyəm ki, çox peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Bu gün Mehriban xanımın həyatında yeni dövr başlayır".


Xəbər 12688 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +