Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək


20.05.2025  11:25 

Məktəb direktoru işdən çıxarıldı





A+  A-

Bakıda 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova işdən çıxarılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.

Belə ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 May 2025-ci il tarixdən xitam verilib.

Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.

Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Xatırladaq ki, bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli yayılan səs yazısından sonra dərhal vəzifəsindən azad edilib.

Qeyd edək ki, Bakıda yerləşən 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyevin qızıdır.

Xəbər 2451 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +