Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir
Ukrayna Rusiyanın Lipetsk vilayətinə hücum edib
Sadır Japarov Azərbyacana yola düşüb
Əliyev və Paşinyanın Dubayda görüşü planlaşdırılır?
Emin Ağalarov Rusiyada konsertini təxirə salıb
Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin


27.02.2025  16:37 

Sənətçilər və media işçilərinin xaricə getməsi üçün icazələr dayandırılır





A+  A-

Humanitar və tibbi ləvazimatlar daşıyan çağırış yaşlı ukraynalı kişilər fevralın 27-dən etibarən ümumi qaydada sərhədi keçə biləcəklər.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bu, Nazirlər Kabinetinin Ukrayna vətəndaşlarının ayrı-ayrı kateqoriyaları üçün dövlət sərhədini keçmə qaydalarına etdiyi dəyişikliklərlə bağlıdır:

"Bu gündən hərbi vəziyyət rejimi dövründə tibbi ləvazimat və humanitar yardım daşıyan 18 yaşdan 60 yaşadək Ukrayna kişi vətəndaşlarının sərhəddən keçidi ümumi əsaslarla həyata keçiriləcək. Əvvəllər onların ölkədən getməsi ilə bağlı qərarı Ukraynanın İcmaların və Ərazilərinin İnkişafı Nazirliyi verirdi, lakin bu qayda artıq Ukraynada və ya hərbi idarələrində qüvvədə deyil".

Ukraynanın Mədəniyyət və Strateji Rabitə Nazirliyi sui-istifadə hallarına görə sənətçilərin və media işçilərinin xaricə getməsi üçün icazələrin verilməsini dayandıracağını açıqlayıb.

Nazirin müşaviri Dmitri Zolotuxin Facebook-da bildirib ki, təkcə 2024-cü ildə (əsasən səfərbərlik haqqında qanunvericiliyin sərtləşdirildiyi birinci yarısında) Mədəniyyət Nazirliyinin tövsiyə məktubu ilə gedən 500-dən çox kişi xaricdən qayıtmayıb.

Xəbər 2782 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +