Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


18.03.2024  12:13 

“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“





A+  A-

“Azərbaycanda taksi sayının azaldılması məsələsi son günlər daha da aktuallaşıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda 60 min taksi çoxdur, bu say 20 minədək azaldacağıq. Taksi sayını azaltmağa nə ehtiyac var? Taksilərin tıxaclara elə ciddi təsiri yoxdur. Əksinə, taksilər paytatxda ictimai nəqliyyatın yükünü götürür. İctimai nəqliyyat inkişaf etmədiyindən taksilərə təlabat yaranıb. Ona görə də taksilərin sayının azaldılması üçün inzibati tədbirlər görülərsə, qiymətlər artacaq. Halbuki taksi sektoru yeganə sahədir ki, qiymətləri insanları qane edir”.



Xəzərnews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib.
O bildirib ki, son 10-15 ildə bəlkə də yeganə sahədir ki, qiymətlər ucuzlaşıb, vətəndaşın seçim imkanı yaranıb:
“Taksilərin sayı azaldılsa, qiymətlərdə artım müşahidə olunacaq. Digər tərəfdən, bu gün paytaxt əhalisinin məşğulluq probleminin həllində taksi sektoru mühüm rol oynayır. İşsiz insanlar taksi fəaliyyəti göstərməklə ailələrini dolandırırlar.

Bu gün iş-güc yoxdur, insanlar iş tapa bilmirlər deyə taksi sürməyə yönəlirlər. Taksi sayının azaldılmasının əhalinin məşğulluğuna mənfi təsiri olacaq. Bu, minlərlə insanın işsiz qalması ilə nəticələnə bilər.

Ona görə də taksilərlə bağlı qərar qəbul edilərkən ciddi düşünülməlidir”.

Xəbər 2471 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +