Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


22.01.2022  16:10 

6 aydır sürülməyən maşına cərimə yazıldı





A+  A-

Goranboy sakini iddia edir ki, avtomobilini son bir neçə aydır idarə etmədiyi halda ona cərimə gəlib. Məsələyə Baş Dövlət Yol Polisindən də münasibət bildirilib.

6 aydan artıqdır ki, idarə edilməyən avtomobilə 50 manat məbləğində cərimə yazılıb.

``10-FA-782`` dövlət qeydiyyatlı nişanlı minik maşını Ələt-Astara-İran yolunun 59-cu kilometrliyində texniki baxışdan keçmədiyinə görə kamerlara düşərək cərimələnib. Hadisə Goranboy rayon Sarov kənd sakini Elnur Kərimovun başına gəlib.

Sürücü iddia edir ki minik maşınını həyətdən çıxarmadığı halda ötən ilin dekabr ayının 26-da ona məktub gələrək cərimə edildiyi bildirilib. Sürücü ona məxsus olan avtomobilin yararsız vəziyyətdə olduğunu, nəinki Goranboyda idarə etdiyini, heç yaşadığı kənddəki həyətdən kənara çıxarmadığını bildirib.

Goranboy sakini baş verən hadisə ilə bağlı adiyyətı qurumları da məlumatlandırıb. İndi onun əsas istəyi ona məxsus 10-FA-782 qeydiyyat nişanının axtarışa verilib hansısa başqa avtomobildə olmasını aşkarlamaqdır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev ``Xəzər Xəbər``ə bildirdi ki, məsələ artıq araşdırılıb. Sürücüyə tərtib olunan elektron protakol texniki səhvdir. O, sürücüyə ünvanlanan elektron protakola artıq xitam verildiyini də qeyd edib.

Xəbər 2967 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +