Leyla Əliyeva Oquldjaxan Atabayeva ilə görüşdü
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
İsrail Suriyanı VURDU
Paşinyan Zəngəzur dəhlizindən danışdı
Melissa Park-la bağlı YENİ İDDİA
Putin Trampın ultimatumuna cavab verməyə tələsmir
İtaliya ABŞ-dən silah almaqdan imtina edir
Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqlayıb
Dövlət Sərhəd Xidməti rəisinin müavini işdən çıxarılıb?
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü


13.07.2025  12:34 

Ölümlə danışarsan...!





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

DUA

İlahi! Bir sevinc ver,
Kədərimə yavanlıq!
Gün-güzəran verginən,
Qədərimə yavanlıq!

Göylərin yağış-qarı,
Torpağına yavanlıq!
Kötüyün su içməsi,
Budağına yavanlıq!

Eçqini ver götürüm,
Yollarıma yavanlıq!
Yar yükünü bol elə,
Qollarıma yavanlıq!

Açarsız qoy qapımı,
Əllərimə yavanlıq!
Səd qoy,yersiz sözlərə
Dillərimə yavanlıq!

Fəsillərin geyimin,
Ver əynimə yavanlıq!
Yerin boş görünməsin,
Gir eynimə yavanlıq!

İlahi! Bir sevinc ver,
Kədərimə yavanlıq!
Gün-güzəran verginən,
Qədərimə yavanlıq!

* * *

Sağlığımda gəlmədin,
Olumla danışasan!
Ölsəm, başın sağ olsun,
Ölümlə danışarsan!

Söyüd ağacına bax,
Arxamca dua kimi!
Keçmişi gözünə tax,
Gündəlik sual kimi!

Əlindən tut evinin,
Həyatının suyun ver!
Mən,taledən küsmüşəm
Zər tutan oyundu-yer!

Gözlərində yaş qurut,
Yansın şəklim istidən!
Dilindəki adımın,
Xətt çəkərsən üstündən!

Bahar sənin, qış mənim
İndi payız fəslidir!
Qışa qədər yaşamaq,
Özü bir təsəllidir!

Sağlığımda gəlmədin,
Olumla danışasan!
Ölsəm, başın sağ olsun,
Ölümlə danışarsan...!



Xəbər 732 dəfə oxunub.




16.07.2025  14:14 

İsrail Suriyanı VURDU

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +