Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


11.07.2025  14:34 

Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının işçi görüşü keçirilib





A+  A-

Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının işçi görüşü keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin Sədri Orxan Məmmədov, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədri Dauren Bimov və Şuranın Azərbaycandan yeni təyin olunmuş həmsədri Emin Sadıq iştirak ediblər.

Görüşün əvvəlində O.Məmmədov İşgüzar Şurasının Azərbaycan tərəfindən olan yeni həmsədrini – tanınmış sahibkar Emin Sadıqı təqdim edib.

Səfir A. Bayel qeyd edib ki, ötən il Qazaxıstan tərəfindən olan həmsədri – Dauren Bimovun təyin olunması ilə İşgüzar Şurasının fəaliyyətinə yeni impuls verilib. Belə ki, son bir il ərzində Şuranın koordinasiyası ilə Azərbaycana Qazaxıstandan 9 biznes nümayəndə heyəti səfər edib. Diplomat, Azərbaycandan yeni həmsədrinin təyin olunması ilə bu strukturun işi daha da aktivləşəcəyinə əmin olduğunu bildirib.

A.Bayel həmçinin 2025-ci ilin ilk 4 ayı ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin 20% artmasını məmnuniyyətlə qeyd edib. Hazırdaqarşılıqlı ticarət iki ölkə müstəqillik əldə etdikdən bəri rekord səviyyədədir. A.Bayel xüsusilə Qazaxıstanın Azərbaycana taxıl tədarükündəki aparıcı roluna xüsusilə diqqət çəkib.
“Azərbaycanınümumi idxalında Qazaxıstan buğdasının payı rekord göstərici – 88% təşkil edib”,– deyə Səfir vurğulayıb.

Tədbir çərçivəsində D.Bimov logistika, aqrar-sənaye kompleksi, energetika, ticarət, infrastrukturun inkişafı, restoran biznesi və rəqəmsallaşma sahələrində birgə Qazaxıstan-Azərbaycan layihələri üzrə bir sıra perspektivli təşəbbüslərin təqdimatı ilə çıxış edib.

Azərbaycan tərəfi öz növbəsində yerli istehlakçıları üçün Qazaxıstan buğdası və ununun üstünlüklərinə dair təhlilin nəticələrini təqdim edib. Qazaxıstan buğdasının yüksək keyfiyyəti və ölkədən sabit tədarükün təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb.

A.Bayel qeyd edib ki, Qazaxıstan rəhbərliyi Azərbaycanla sənaye kooperasiyasının inkişafına xüsusi önəm verir. O. Məmmədov isə Qazaxıstanla birgə layihələrin həyata keçirilməsində işin daha da aktivləşdirilməsinə hazır olduqlarını təsdiqləyib.

Görüşlərin yekununda iki ölkənin sahibkarları yaxın vaxtlarda Azərbaycana Qazaxıstan ununun yeni birgə brend adı altında ilk tədarükünü həyata keçirmək barədə razılığa gəliblər.


Xəbər 700 dəfə oxunub.




16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +