Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


03.10.2022  10:07 

Nazirlər arasında ikitərəfli görüş keçirilib





A+  A-

2 oktyabrda Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

XəzərNews.az XİN-ə istinadən xəbər verir ki, görüş 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Nazir Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.

Xəbər 6484 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +