Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


06.02.2019  11:24 

“Birinci vitse-prezident zəlzələ ilə bağlı tapşırıq verdi” - Kəmaləddin Heydərov





A+  A-

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələ nəticəsində uçqun baş verən ərazilərə baş çəkib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, nazir əraziyə baxış keçirdikdən sonra açıqlama verərək bildirib ki, gecədən başlayaraq Şamaxıda müxtəlif ballarda 3 təkan olub: “Cənab prezidentin tapşırığı ilə səhər tezdən bura gəlmişəm. Bizim əməkdaşlarımız rayon icra hakimiyyətinin əməkdaşları ilə birgə gecədən qəza olmuş ərazilərə və ya şikayət edən insanlara baş çəkiblər. Çox şükür ki, ölüm halları baş verməyib. Hadisədən təşvişə düşüb qaçarkən iki nəfərin ayağı, bir nəfərin qolu sınıb. Hazırda onlar müalicə alır. Ümumiyyətlə, 4 rayon üzrə 73 müraciət olub. Orada da ciddi fəsadların olmadığı qeyd olunub.

Belə zəlzələdə fəsadların cüzi olması çox yaxşıdır. Evlərin uçması halı baş verməyib, sadəcə divarlar aşıb. Bununla bağlı da ölkə başçısının tapşırığı ilə komissiyalar birgə işləyəcək. Nəticələr bəlli olduqdan sonra qərar veriləcək.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da tapşırıq verib ki, fondun əməkdaşları könüllü olaraq əhaliyə kömək etsin”.

Xəbər 3445 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +