Sərhədi pozan 2 iranlı saxlanıldı
Qubada iki nəfəri tok vurdu
Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam


14.06.2022  14:50 

PÜŞK ATILDI - “Qarabağ“ın rəqibi bilindi





A+  A-

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının yeni mövsümündəki ilk rəqibi müəyyənləşib.

XəzərNews.az xəbər verir ki, Ağdam təmsilçisinin qarşılaşacağı komanda I təsnifat mərhələsinin püşkatması zamanı bəlli oldu.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başladı. Püşkatma UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirildi. Püşkatmaya 29 ölkənin çempionu və ilkin mərhələnin qalibi qatıldı.

Onlar 15 cüt təşkil etdi. Püşk zamanı "Qarabağ" səpələnmişlər səbətində yer aldı. Qurban Qurbanovun yetirmələri digər səbətdəki komandalardan biri ilə düşə bilərdi. UEFA Azərbaycan çempionunun mümkün rəqiblərinin sayını 5-ə endirmişdi. Püşk Ağdam təmsilçisinə "Zrinski" (Bosniya və Herseqovina), "Lex" (Polşa), "Hibernians" (Malta), "Şkupi" (Şimali Makedoniya) və "Dinamo" (Batumi, Gürcüstan) "beşliy"indən birini rəqib edəcəkdi.

"Qarabağ"ın rəqibi Polşanın "Lex" klubu oldu.

Çempionlar Liqası
I təsnifat mərhələsi


"Lex" (Polşa) - "Qarabağ"

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.

Qeyd edək ki, həm Çempionlar Liqasında, həm də Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın hər iki turnirin növbəti raundundakı mümkün rəqibləri, həmçinin yarışın ilk mərhələsindən azad olan Azərbaycan klubları "Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasında qarşılaşacağı komandalar bilinəcək.

Xəbər 1654 dəfə oxunub.




14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +