Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


19.07.2023  13:19 

Paytaxta 34, regionlarda 35 dərəcəyədək isti olacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacaq.

XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Abşeron çimərliklərində cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Züğulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti , dağlarda gecə 10-15°, gündüz 16-21° isti olacaq.

Xəbər 2395 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +