Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


10.12.2022  11:20 

“Kütləvi dini mərasimlər, ictimai təhlükəsizliyin təmin olunması” - Konfrans





A+  A-

Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Kütləvi dini mərasimlər, ictimai təhlükəsizliyin təmin olunması” mövzusunda konfrans keçirilib.

XəzərNews.az xəbər verir ki, konfransda təşkilatçı qurumların rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, dini icma üzvləri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Masallı RİH başçsının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova mövzunun aktuallığından bəhs edib.

Çıxış edən DQİDK sədrinin müavini Sahib Nağıyev insanların əsrlərboyu inanc və mədəniyyətlərinin təzahürü olan dini mərasimlərdən, onların etnik, dini köklərindən, tarixən formalaşma və şəkildəyişmə mərhələlərindən bəhs edib. Bildirib ki, dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varır ki, bu adətən məlumatsızlıq, xüsusilə dini savadsızlıqdan irəli gəlir. Dini mərasimlərin, kütləvi ayinlərin dini-siyasi məqsədlər üçün istifadə edilməsi halları da dünya praktikasında mövcuddur.

Azərbaycanda dövlət-din münasibətlərinin dünyəvi prinsiplər əsasında qurulmasından bəhs edən sədr müavini dini mənsubiyyətindən asılı olmayaraq ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, bu tip mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan, kimisə iştiraka məcbur etmədən yerinə yetirilməlidir. S.Nağıyev onu da vurğulayıb ki, dini mərasimlər keçirilərkən ifrat hərəkətlərə və xurafata yol verilməməlidir.

Baş Prokurorluğun idarə rəisinin müavini, ədliyyə müşaviri Asim Yusifov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev dini mərasimlərin icrası zamanı baş verən neqativ təzahürlər və mənfi halların inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmasının məqsədəuyğun olmasından bəhs ediblər.

Tədbir müzakirələrlə yekunlaşıb.









Xəbər 2706 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +