Səbaildə asfalt çökdü, qadın xəsarət aldı
DTX imtahan şəbəkəsini ifşa etdi
Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ
Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq


18.11.2022  14:37 

“Lotu Quli”ni öldürənin məhkəməsi başlayıb





A+  A-

Türkiyədə “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlində şübhəli bilinən Xaqan Zeynalovun məhkəməsi başlayıb.

XəzərNews.az xəbər verir ki, İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin Lənkəranski ləqəbli Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədilə törədildiyi müəyyən edilib.

Xaqan Zeynalov ilk məhkəmədə bildirib ki, Lotu Qulini o öldürməyib, polislər onu təhdid etdiyi üçün ilkin ifadəsində cinayəti üzərinə götürüb: "Nadir Səlifov mənim yaxın dostum olub. Məni Türkiyəyə özü dəvət etmişdi. Oteldə onun qonağı idim. Artıq İstanbula gedirdim. Nadir Səlifov Moskvada olan bir iş adamını oğurlamamı istədi, razı olmadım. Ona görə mübahisə etdik, məni yumruqladı. Zalda 8 nəfər vardı, hamısı silahlı idi. Mənə atəş açdılar, mən də özümü müdafiə etdim. Silahımı çıxarıb soldan atəş açdım, Nadir sağda idi”.

Xatırladaq ki, “Lotu Quli”nin yaxın adamı Xaqan tapança ilə onun başına iki dəfə atəş açaraq öldürüb. Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan onu gözləyən Əmir adlı dostunun idarə etdiyi maşınla oteldən qaçıb. Lakin sonradan Dənizlidə polislər tərəfindən həbs olunublar.

İsmayıl Nifti
XəzərNews.az






Xəbər 2449 dəfə oxunub.




29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +