Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


07.09.2022  14:28 

Deputatlara söz verilməyib, nazirə etiraz ediblər....





A+  A-

Bu gün “Marriott Hotel”də Bakı şəhər Təhsil İdarəsinin sentyabr konfransı keçirilib. Elm və təhsil nazirinin iştirak etdiyi konfransa Milli Məclisin 10-a yaxın deputatı da dəvət olunub.

XəzərNews.az xəbər verir ki, tədbirdə iştirak şəxslərdən biri “Yeni Sabah”a məlumat verib ki, konfransda qalmaqal baş verib. Tədbirə dəvətlilər sırasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev də olub. Lakin tədbir boyu ona çıxış üçün söz verilməyib.

Bunu isə deputatlar özlərinə qarşı hörmətsizlik kimi qəbul ediblər: “Hətta deputatlardan biri buna açıq şəkildə etiraz edərək nazirə iradını bildirdi və bunun Milli Məclisə və qanunverici orqana qarşı hörmətsizlik kimi qəbul etdiyini dilə gətirdi. Hətta bu etirazdan sonra da deputatlara söz verilmədi. Sanki deputatları həmin tədbirə sadəcə əl çalmaq üçün dəvət etmişdilər”.

Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil komitəsinin rəhbərləri əvvəllər - Ceyhun Bayramov və Mikayıl Cabbarovun vaxtında da bu tədbirlərə dəvət olunub və çıxış üçün imkan yaradılıb.

Xəbər 4677 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +