Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


03.09.2022  12:10 

Bakıda kişi arvadını qətlə yetirib





A+  A-

Sentyabrın 2-i saat 23 radələrində paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

XəzərNews.az Nizami Rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılan araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Xəbər 6321 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +