Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


21.06.2022  13:50 

Nazirlərin və deputatların maaşlarının artımı - Tənqid olundu





A+  A-

Ötən gün "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna edilmiş dəyişikliyə əsasən deputatların maaşı artırılıb.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkədə ciddi müzakirəyə səbəb olan bu qərarı iqtisadçı Natiq Cəfərli şərh edib:

"Məmləkətdə nazirlərin maaşı lap 12 min manat da ola bilər, olmalıdır da – tək şərt onların təyin edilmiş deyil də, proporsional qaydada seçilmiş Parlamentdən çıxsınlar və onları təyin edənin deyil də, seçənlərin qarşısında hesabatlı olsunlar,

- Ölkədə deputatların maaşı lap 10 min manat da ola bilər, olmalıdır da – yeganə şərt odur ki, seçilmiş olsunlar,

- Azərbaycanda məhkəmə hakimlərinin maaşı lap 15 min manat da ola bilər, olmalıdır da – yetərki qanunlarla, ədalətlə, müstəqil qərar versinlər,

- Və nəhayət, ölkədə maaşlar, təqaüdlər, sosial müavinatlar də kəskin artırılmalıdır – amma paralel olaraq azad, rəqabətli iqtisadi mühit, aşağı vergilər-rüsumlar, ədalətli məhkəmə sistemi də olmalıdır ki, maaş və təqaüdlər artan kimi inflyasiyanın, qiymət artımının “yeminə” çevrilməsin".

Xəbər 2861 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +