Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


12.05.2022  09:38 

Ata 19 yaşlı qızını dirəyə bağlayıb - Səbəb? - Video





A+  A-

Mingəçevirdə insanlığa sığmayan hadisə baş verib. Ata psixi pozuntulardan əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını iplə bağlı saxlayırmış. Hətta onu döydüyü bildirilir. Hadisə ictimailəşən kimi kişi şübhəli şəxs qismində saxlanaraq istintaqa cəlb edilib.

Ata qızını iplə dirəyə bağlayıb, qabağına quru çörək qoyurmuş. Üstəlik, xüsusi qayğıya ehtiyacı olan qızına işgəncələr verdiyi də iddia olunur... Bununla bağlı bəzi internet portallarında fotoşəkillər yayılıb. Məhz bundan sonra hüquq mühafizə orqanları hərəkətə keçib.

Ailə Mingəçevir şəhərində kirayədə yaşayır. Qonşular onların təxminən 5 ay öncə bura köçdüklərini deyirlər. Ailənin qonşularla münasibətləri də olmayıb. Hadisədən isə küçəyə polislər gəldikdən sonra xəbər tutduqlarını bildirirlər.

19 yaşlı qızın, atası tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilməsi barədə şəhər prokrorluğu da məlumat yayıb.

Fakta görə Cinayət Məcəlləsinin "fiziki əzab verməklə işgəncə vermə" və "qanunsuz olaraq azadlıqdan məhrum etmə" maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə ata şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istinraq tədbirləri davam etdirilir.



Xəbər 9272 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +