Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


11.05.2022  11:56 

Vəzifəli şəxslərə cinayət işi qaldırıldı - Masallıda





A+  A-

Yardımlı rayonunu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı bəzi sosial media səhifələrində yayılmış məlumatlarla əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

XəzərNews.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılmış araşdırmalarla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafdakı meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli 172 ağacın qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 30 min 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın davam etdirilməsi Yardımlı Rayon Prokurorluğuna tapşırılıb.

Xəbər 3210 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +