İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


31.12.2021  07:30 

Yazıçıları ələbaxım ediblər, bu rəzalətdir





A+  A-

Öncəki zamanlar yazıçılar, şairlər kifayət qədər əlçatmaz idilər. Bu gün isə sosial şəbəkələr yazıçı ilə oxucunu bir səhnənin aktyorlarına çevirib.

Hansısa bir romanın yazılmasında birbaşa oxucu da iştirak edir. Üstəlik, yazıçıya necə yazmaq barəsində "dərs" də verir.

Bizim böyüdümüz zamanda olmayan yeni mizah yaranıb. Yeni bir gənclik arqosu...

Bu günün oxucusu didaktik mizahı sevmir. Oxucuya dərs keçəndə o, sənin kitabını bir küncə tullayır. O, özünü yazıçıdan kifayət qədər ağıllı hesab edir. Fəlsəfi sicilləmələri xoşlamır, kitaba əyləncə sektorunun bir bölümü kimi yanaşır.

Ciddi mətnləri oxumaq zaman istəyir. Oxucunun isə zamanı yoxdur, o, gündəlik qayğıların məngənəsində sıxılır, çabalayır, evə çörək apara bilməmək qorxusu onun ruhunu əzir. Yaşam şərtləri günbəgün ağırlaşır və bu da oxucunu kitabdan uzaqlaşdırır.

Kitab bazarı yoxdur. Bazar yoxdursa, yazar da yoxdur. Bu qədər sadə.

Bəs nə etməli? Dövlət dəstəyi olmasa, yazıçının taleyi qaranlıq görünür...

Kitabsız qala bilərik. Kitabsız toplum isə vahiməli bir gələcək vəd edir. Alim elmini satır, (yəni pulla kiminçünsə dissertasiya yazır) şair şeirini satır, yazıçı romanını satır, yəni müəlliflik hüququndan imtina edir.

Baxırsan, elmlər namizədidir, elmdən başqa hər işlə məşğuldur. Niyə? Çünki elmin ümidinə qalsa, balaları acından öləcək.

Yazıçıları ələbaxım ediblər, bu rəzalətdir. Heç bir dövrdə yazıçı bu qədər urvatsız olmayıb.

Milli burjuaziya yazıçını himayə etmir. Çünki intellektdən məhrumdur. Biznesmen kitab oxumur, kafası boş vedrə kimi danqıldayır. Hər şeydən gəlir uman tacir təfəkkürü yazıçıya, sənət adamına yatırım qoymasına imkan vermir.

Hərdən heyrətə gəlirsən ki, bu kafa ilə bu adam necə milyonlara sahib olub?!

Yazıçının itirilmiş nüfuzu özünə qayıtmayınca ədəbiyyatın intibahından danışmaq absurddur...

Kənan Hacı

Xəbər 3281 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +