Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


25.12.2021  09:43 

Fişəng satan saxlanıldı - Foto





A+  A-

Balakən rayonunda pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, rayon ərazisində “Daewo” markalı avtomobildə olan sürücü və sərnişinin gizli şəkildə mağazalara pirotexniki vasitələr satmaları müəyyən edilib.

Həmin şəxslər istifadələrində olan avtomobillə birgə saxlanılıb. Onların Ağdam şəhər sakini Zeynalabdin Abbasov və Gəncə sakini Şahin Şahgəldiyev olduğu müəyyən edilib. Avtomobilə keçirilən baxış zamanı isə külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb. Mingəçevir şəhərində yaşayan hər iki şəxs Balakənə bu məqsədlə gəldiklərini bildiriblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Xəbər 3235 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +