Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


27.11.2021  09:00 

Tanınmış jurnalist “Zəfər“ mükafatları paylayanları sərt tənqid etdi





A+  A-

"Ölkədə yeni "dəb" yaranıb. Az qala məhəllədəki baqqal dükanı da "Zəfər" mükafatları paylayır, təqdimat keçirir, sonra da arınmadan və utanmadan Suvorovun əsgərinin portyankası boyda "mətbuat üçün bəyanat"lar verirlər, fotolar paylaşırlar".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış jurnalist Elçin Alıoğlu çıxış edib

Onun sözlərinə görə, tragikomediya o həddə çatıb ki, kimin necə və nəyin müqabilində “seçildiyi”nin bəlli olduğu “gözəllik müsabiqə”lərin təşkilatçıları da bu işə daraşıblar:

"Yaxşı, bu möhtəkirlərin və manıs şüurluların davranış motivasiyasını anladım.

Orada "mükafat" alıb dişini ağardaraq kamera qarşısına keçənləri də başa düşməyə çalışdım.

Bəs cəmiyyətdə tanınan, az-çox çəkisi olanlara nə gəlib belə bayağı, ucuz mərasimlərə qatılırlar?

Zəfəri möhtəkirlərin, təlxəklərin, "bloqer, ictimai sima" və ilaxır kimi sırınan bambılıların deyil - o Zəfəri qazananların, can və qan bahasına qələbə əldə edənlərindir".

Xəbər 3072 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +