Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


25.11.2021  19:06 

Cəlilabadlı blogerin oğulları Fransa səfirliyindən sığınacaq istəyir





A+  A-

Sentyabrın 27-də Cəlilabad rayonunda xuliqanlığa görə edilən Saməddin Məmmədovun övladları bu gün Bakıda etiraz aksiyası keçirməyə cəhd edib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun Amid və Nahid adlı iki oğlu Fransa səfirliyinin qarşısında mediaya açıqlama verərək atalarının həbsdən buraxılmasını istəyiblər. Onlar S.Məmmədovun barəsində məhkəmənin həbs qərarının ədalətsiz olduğunu iddia ediblər.

Aksiyaya cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

İttihama görə, sentyabrın 27-də S.Məmmədov, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədov ilə birlikdə rayonun Məşədivəlli kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsinə görə Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir vaxtı onunla mübahisə edib. Bu zaman onu döyərək xuliqanlıq etməkdə təqsirləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, 50 yaşlı Saməddin Məmmədov indiyə kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə həbs olunub. O, İrandan Azərbaycana qanunsuz yollarla narkotik daşımaqla qaçaqmalçılıqda və narkotik satışında təqsirli bilinərək 8 il məhkumluq həyatı yaşayıb.

Onun övladları da məhkumluq həyatı yaşayıb.

Kiçik oğlu Nahid 2019-cu ildə narkotik dövriyyəsində görə məhkum olunub.

Böyük oğlu Amid isə xuliqanlığa görə 2014-cü ildə 5 il həbsdə qalıb.

Kürəkəni Rəşad Ağayevə də narkotik dövriyyəsinə görə 3 il 6 ay cəza verildiyini və hazırda həbsdə olduğu bildirilir.

Xəbər 3450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +