Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


22.09.2021  18:45 

Azərbaycanda əxlaqsızlığı onlar təbliğ edir





A+  A-

İkili standarlar - tam səmimiyyətimlə deyə bilərəm ki, illər uzunu bu ifadə səslənəndə buna o qədər də əhəmiyyət vermir və sadəcə səslənən şablon fikir kimi qəbul edirdim. İnanmaq istəyirdim ki, Qərb bəlkə də həqiqətən müstəqillik qazanan ölkələrin inkişafını, qanunların aliliyini əlində rəhbər tutmağa can atır.

Lakin necə deyərlər, sən saydığını say, gör, Qərb nə sayır. 2020-ci il sentyabrın 27-dən sonra bunun nə qədər cəfəng bir fikir olduğunun şahidi olduq. Öz maraqlarını hər şeydən üstün tutan, milyonlarla insanın hüquqlarının pozulmasını adi hal kimi qarşılandığının şahidi olduq. Azərbaycan 30 ildir ki, işğal altında olan torpaqlarını azad etməyə başlayanda, Qərbin yadına "haqq-ədalət", "qanunların pozulması" və s. kimi məsələlər düşdü.

Qərbin ikili standartlarını başqa bir məsələdə də görür və şahidi oluruq. Söhbət onun illər uzunudur ki, cəmiyyətimizə sırımağa çalışdığı cinsi azlıqların hüquqları, feministlər məsələsi və s. bu kimi məsələlərdir. Bir milyondan artıq insanın 30 il pozulan hüquqları kənara atılır, əvəzində isə psixi problemləri olan və yaxud əxlaqsızlığı azadlıq kimi başa düşən şəxslərin müdafiəsinə diqqət ayrılır. Onların yaratdıqları iyrənc qurumlara maliyyə ayrılır, daim hüquqları beynəlxalq hesabatlara salınır. Bu sırada ABŞ-ın Azərbaycandakı səfirliyi də var. Məişət zorakılığı, seksual azlıqların hüquqları kimi mövzuları gündəmə gətirməklə Azərbaycanda qondarma problemlər icad etməyə və xalqımızın, xüsusilə gənclərin mənəvi deqradasiyası üçün səylərini gücləndirir.

ABŞ Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına nail olmağa, bununla da ölkəmizdə seksual azlıqların hüquqlarını prioritet səviyyəyə çatdırmağa, uşaqları seksual həyata cəlb etməyə, eynicinslilərin nikahını rəsmiləşdirməyə və digər bu kimi xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan meylləri əsrlərlə formalaşmış həyat tərzimizə hakim kəsməyə çalışır. Təsadüfi deyil ki, ABŞ-ın belə məsələlərdə əsas təsir mexanizmlərindən biri olan USAİD-in son zamanlar Azərbaycanda fəallıq göstərməyə cəhd etdiyi müşahidə olunur. ABŞ səfirliyi bu təşkilatın xətti ilə sözügedən istiqamətdə layihələr həyata keçirməyə çalışır.

Azərbaycan ictimaiyyəti ABŞ-ın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd olan məsələləri gündəmə gətirməsinə ciddi etirazını bildirməlidir. Ancaq anlamalıdırlar ki, Azərbaycan xalqının mentaliteti deyilən bir əxlaqi dəyəri var. İllər uzunudur ki, bunu məhv etməyə çalışır, lakin istəklərinə nail ola bilmirlər. Qərbin insan haqları adı altında pərdələnən həmin qurumları gözəl anlayır ki, cəmiyyəti parçalamaq, onu məhv etməyin yolu məhz ailə institutundan keçir. Bu çirkin arzuları isə reallaşdırmağa nail olmayacaq.

Alpər İsmayıl
Milli.Az


Xəbər 3816 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +