Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


10.09.2021  16:43 

İmtahan nəticələri açıqlandı





A+  A-

Sentyabrın 9-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
XəzərNews.az xəbər verir ki, şagirdlər imtahan nəticələri ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərlər.

Bundan əlavə, mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də nəticələri öyrənmək mümkündür.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi:

https://eservices.dim.gov.az/2021/netorta/?frm=egov

Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanının nəticəsi:

https://eservices.dim.gov.az/2021/netazd/?frm=egov

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticəsinin isə yaxın 4 gün ərzində elan olunması nəzərdə tutulur.

Nəticəsi elan olunan imtahanlarla bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 sentyabr tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 11-13 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Xəbər 3437 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +