Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


08.07.2021  17:35 

Məhərrəm ayı bu tarixdə başlayır - RƏSMİ





A+  A-

"Azərbaycanda məhərrəm ayı avqustun 10-da başlayır. Həmin tarixdən 60 gün sonra məhərrəmlik başa çatır”.
XəzərNews.az xəbər verir ki, bunu "ölkə.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Azərbaycanda iyulun 1-dən etibarən 150 nəfərədək toyların keçirilməsinə icazə verilib. Avqustun 10-dan isə məhərrəmlik başlayır.

Bir ildən artıq müddətdə toyların keçirilməməsi, üstəlik "Delta” ştammı ilə əlaqədar bir çox ölkələrdə yenidən karantin tətbiq edilməsini nəzərə alaraq insanlar toylara yenidən qadağa qoyulacağını düşünürlər.

Hacı Şahin isə söyləyib ki, Məhərrəmlik matəm ayı sayılır:

"Ümumiyyətlə, bu ayda İmam Hüseynə hörmət əlaməti olaraq insanlar əsrlərdir Azərbaycanda şadlıq mərasimləri keçirmirlər.

Ona görə də güman etmirəm ki, məhərrəm ayında insanlar toy etsin. Çünki səfər ayı bir matəm kimi də qeyd olunur. Hər bir halda insanlar, yəqin ki, həmişə olduğu kimi buna riayət etməyə çalışacaqlar”.

Xəbər 3716 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +