Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


15.01.2021  09:07 

Partlamamış hərbi sursatlar, minalar aşkarlandı





A+  A-

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Xocavənd rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 11, Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.
ANAMA-dan XəzərNews.az-a bildirilib ki, daxil olmuş 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 22 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 121 ədəd partlamamış hərbi sursat (PHS), 19 ədəd piyada əleyhinə mina, 45 ədəd tank əleyhinə mina, 14 ədəd tank əleyhinə mina partladıcısı, 7 006 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov tüfəngi və 11 ədəd partlamış mərmi qalığı aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 6 897 722 kv.m (690 ha) ərazi yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 136 ədəd partlamamış hərbi sursat (PHS) , 579 ədəd mina və 5 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 93 602 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər 3181 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +