Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


11.01.2021  12:35 

Narkotacirin evindən silah da tapıldı





A+  A-

Yevlax sakinindən narkotik vasitə və silah aşkar edilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbənin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Yevlax rayon Kövər kənd sakini Elnur Cəfərov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə, təmiz çəkisi 6.758 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

E.Cəfərova məxsus “Ford Fusion” markalı avtomobilin yük yerindən, bir ədəd elektron tərəzi və bir ədəd sellofan torabada, təmiz çəkisi 3 kq 135 qram narkotik vasitə olan “marixuana” aşkar edilib. Bundan başqa saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan bir ədəd müvafiq sənədləri olmayan, qundağı və lülləyi kəsilmiş, 16 kalibirli ov tüfəngi aşkar edilərək götürülüb.

E. Cəfərov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər 3327 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +