Səbaildə asfalt çökdü, qadın xəsarət aldı
DTX imtahan şəbəkəsini ifşa etdi
Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ
Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq


30.08.2020  13:11 

Sabah peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatır





A+  A-

Sabah 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunanların sənəd qəbulu başa çatır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən XəzərNews.az-a verilənn məlumata görə, tələbələr qəbul olunduqları təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

-təhsil haqqında sənədin əsli;

-tibbi arayış haqqında sənədin əsli;

-sistemdən (şəxsi kabinetdə) çıxarılan avtomatik ərizə nümunəsi;

-şəxsiyyət vəsiqəsi (surəti);

-3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

-hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

-güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd (həmçinin sağlamlıq imkanları məhdud şəxslər psixoloji-tibbi-pedaqoji komissiya, yetkinlik yaşına çatanlar isə tibbi-sosial ekspert komissiyası tərəfindən bu şəxslərə verilən, təhsil almaq hüququnu təsdiq edən sənəd).

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə sənədlərini qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb.

Xəbər 3336 dəfə oxunub.




29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +