Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


28.08.2020  17:49 

DİM məlumat yaydı





A+  A-

Abituriyentlər və subbakalavrlar 28 avqust tarixindən başlayaraq ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək qabiliyyət imtahanlarında iştirak üçün bütün komissiyalar üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqə”lərini çap edə bilərlər.
XəzərNews.az xəbər verir ki, abituriyentin 10,11və12-ci komissiyaların hər hansı biri üzrə rəsm imtahanından aldığı müsbət qiymət digər iki komissiyaların və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Abituriyentin 10 və11-ci komissiyaların hər hansı biri üzrə rəngkarlıq imtahanından aldığı müsbət qiymət digər komissiyanın və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Abituriyentin 14-cü komissiyanın rəsm imtahanından aldığı müsbət qiymət 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Xəbər 3397 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +